XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 19:41

Təbii fəlakət İrana 917 milyon dollar həcmində ziyan vurub- 300-dən çox yaşayış məntəqəsinin infrastrukturu dağılıb

İranın Lorestan, Gülüstan, Mazandaran, İsfahan, Şiraz və Çaharmahal vilayətlərində baş verən təbii fəlakət zamanı həlak olanların sayı 62 nəfərə çatıb.

Azərtac xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində 478 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ölkənin cənubunda 300-dən çox yaşayış məntəqəsinin infrastrukturu dağılıb.

İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Murtaza Səlininin sözlərinə görə ölkəyə 917 milyon dollar həcmində ziyan dəyib. Seldən ziyan görən 45 min ailəyə yardım göstərilib, 293 şəhər və kəndin əhalisi müvəqqəti olaraq köçürülüb.

Hazırda xilasetmə işləri və su basmış şəhərlərdə infrastrukturun bərpası işləri davam edir.