NATO Əfqanıstanda lazım olduğundan çox qalmayacaq və bu ölkədən ABŞ qoşunları ilə bir yerdə çıxacaq.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Konqresi senatının və nümayəndələr palatasının birgə iclasında çıxışı zamanı səsləndirib.
“Biz orada həmişəlik qalmaq istəmirik, biz orada lazım olduğundan artıq qalmaq niyyətində deyilik. Biz oraya birlikdə girmişik və qalma müddətini birlikdə müəyyən edəcəyik. Bunun vaxtı yetişəndə, biz bir yerdə gedəcəyik”, – deyə Stoltenberq bildirib.