XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 21:16

Latviyada seçki hazırlığı:hakim koalisiya prezident seçkilərinə tək namizədlə qatılmağı planlaşdırır

Latviyanın hakim koalisiyası prezident seçkilərinə tək namizədlə – Avropa Şurasının hakimi, Latviya Konstitusiyasının giriş sözünün müəllifi olan Eqil Levitslə qatılmağa hazırlaşır.

Azərtac xəbər verir ki, E.Levitsin namizədliyini parlamentdəki üç partiya artıq təsdiqləyib. Digər partiya “Yeni Birlik” isə öz namizədinin adını gələn həftə açıqlayacaq. Lakin partiya liderləri Levitslə də görüşməyə qərar veriblər ki, bu da onların bu seçimə qoşulacaqlarını göstərir.

Latviyanın Baş naziri Krişyans Karinş ümidvar olduğunu bildirib ki, partiyalar aprelin 15-dək öz seçimlərini edəcəklər.

Qeyd edək ki, hazırkı prezident Raymond Veyonisin səlahiyyət müddəti 2020-ci ildə başa çatacaq. O, bu posta namizədliyini yenidən irəli sürəcəyini açıqlayıb.