XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

29 Fevral 2016 - 10:26

Yaponiya İmperatoruqripə yoluxub

 

Yapon imperatoru

 

Yaponiya İmperator Sarayı İdarəsinin yaydığı məlumata görə, İmperator Akihitoya qrip diaqnozu qoyulub.

 

Hələ ötən həftənin şənbə günü İmperator özünü narahat hiss edib.

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, bazar günü aparılan analizlər nəticəsində monarxın bədənində virus olduğu aşkar edilib. İmperatorun hərarəti 37-38 dərəcəyə yüksəlib, boğazında ağrı və öskürək qeydə alınıb. Hazırda öz iqamətgahında olan monarx lazımi müalicə kursu keçir.

 

Xəstələndiyinə görə fevralın 29-da İmperatorun iştirakı ilə nəzərdə tutulan bütün tədbirlər təxirə salınıb.

 

Ötən ilin dekabrında 82 yaşını qeyd etmiş İmperator Akihito təbəələri arasında dərin hörmətə və məhəbbətə malikdir. Yaponların əksəriyyəti hesab edir ki, o, ölkə konstitusiyasına uyğun olaraq “millətin rəmzi” rolunun öhdəsindən bacarıqla gəlir.