XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 14:15

İstanbulun 19 rayonundan 4-də səslərin təkrar sayımı bitdi: AKP yenə narazılıq edir –İmamoğlu Yıldırıma qalib gəlib

İstanbulda səslərin təkrar sayıldığı 19 rayonunun 4-də proses yekunlaşıb.

Strateq.az CNN-Türk-ə istinadən xəbər verir ki, İstanbulun Başakşəhər, Fatih, Sarıyer və Əsənyurd rayonlarında səslərin təkrar sayılması bitdikdən sonra həm AKP, həm də CHP-dən açıqlamalar verilib.

CHP-dən verilən məlumata görə, 4 rayonda səslərin təkrar sayılması nəticəni dəyişdirməyib.

AKP-dən isə İstanbuldan deputat seçilmiş Əhməd Hamdi Çamlı isə Fatih rayonundakı səslərin təkrar sayılmasına da etiraz edib: “Bu rayondakı təkrar səslərin sayılması bitsə də, yenə də etirazımız var. Lakin bəzi məntəqə sədrləri bu etirazımızı qəbul etmədi. Yəqin ki, bu etirazlarımıza təkrar baxılacaq. İndilik bitdi. İnşallah, xeyirlisi olar. Allah dövlətə, millətə xeyirli etsin”.

Xatırladaq ki, İstanbulda rəqabət Binəli Yıldırmla CHP-li Əkrəm İmamoğlu arasında gedir. İlkin rəsmi nəticəyə görə, İmamoğlu Binəli Yıldırıma 27 min artıq səslə qalib gəlib. Lakin AKP-nin etirazı ilə dünəndən başlayan təkrar səssaymadan sonra isə bu fərq 21 minə düşüb.