XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 19:49

“Qazaxıstanda atom elektrik stansiyası tikilməyə bilər” –Nazirdən açıqlama

Qazaxıstanda atom elektrik stansiyası tikilməyə bilər. Belə ki, hazırda Qazaxıstanda kifayət qədər elektrik enerjisi istehsal olunur.

Bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Energetika naziri Maqzum Mirzəqaliyev deyib.

O, bu məsələnin həllində Qazaxıstan vətəndaşlarının mövqeyinin nəzərə alınacağını bildirib:

“Bu məsələ bir neçə ildir müzakirə edilir və hələ də həllini tapmayıb. Qərarın yaxın zamanlarda qəbul olunacağını deyə bilmərəm”.

Qeyd edək ki, Qazaxıstanda atom elektrik stansiyası tikilməsi təklifi Rusiya tərəfindən verilib/Axar.az.