XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 23:14

Ermənistan Rusiyaya borcunu qaytara bilmir –"Metsamor"un taleyi necə olacaq?

Ermənistan Rusiyaya “Metsamor” Atom Elektrik Stansiyasının müasirləşdirilməsi üçün ayırdığı krediti vəsait olmadığına görə qaytara bilmir.

“RİA Novosti” xəbər verir ki, bunu Ermənistanın energetika və təbii sərvətlər nazirliyinin beynəlxalq əlaqələr üzrə idarəsinin rəisi Tiqran Melkonyan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 19-ci iclasında deyib.

Tiqran Melkonyan kreditin ödəmə vaxtının təxirə salınmasını istəyib.

” “Metsamor” AES-in istismar müddətinin uzadılması layihəsinin reallaşdırılması işlərinin yubanması ilə bağlı məsələni qaldırmaq istəyirəm. Biz, bir neçə həm obyektiv, həm də subyektiv səbəblər aşkarlamışıq. Layihənin uğurla başa çatması üçün kreditin qüvvədə olma müddətinin uzadılması barədə qərar qəbul etmək lazımdır. Hələlik kredit üzrə illik ödənişlərin yeganə mənbəyi “Metsamor” AES-in elektrik enerjisinin satışından əldə edilən vəsaitdir”, – deyə Melkonyan qeyd edib/Report.