XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 23:47

Türkiyədə bələdiyyə sədri seçilən kommunistə vəzifəsinə başlamağa imkan verilmir:"Deyirlər ki..."

Tuncelidə bələdiyyə sədri seçilən Türkiyənin tək kommunisti Fatih Mehmet Maçoğlu rayon Seçki Komissiyasından seçildiyini təsdiq edən qərarı ala bilmir.

Strateq.az Mia.az-a istinadən xəbər verir ki,  bu gün qərarı almaq üçün seçki komissiyasına gedən Maçaoğluna “Qərar sizə söyləyə bilməyəcəyimiz təhlükəsizlik səbəbi ilə verilmir”, – deyilib.

Maçoğlu bununla bağlı yerli mətbuata açıqlama verib. O deyib ki, bu gün qərarı alıb, vəzifəsinin icrasına başlayacaqdı: “Ancaq qeyd etdiyim kimi, mənə və mənimlə birlikdə gedən heyətə belə deyildi. 5 gündür eyni vəziyyətdir. Bu gün də 9.30-a qərarı verəcəklərini dedilər. Amma gördüyünüz kimi, gəldim. Yenə də eyni cavab verildi. Halbuki, seçki kampaniyası boyu təhlükəsizliklə bağlı heç bir problem olmayıb”.

Kommunist yeni sədr deyib ki, qanuna görə yeni seçilmiş sədr kimi bu gün ilk iclası keçirməliymiş: “Vəzifəni ihmal etmək suçdur. Rayon Seçki Komissiyası vəzifəsinə düzgün yanaşmır. Bunu xalqın vicdanına buraxıram. Əgər bu vəziyyət davam edərsə, rəsmi şikayət edəcəyik”.