XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2019 - 10:05

Pompeo:"ABŞ və Türkiyə kəskin ziddiyyətləri həll edə biləcəklər"

Amerika Birləşmiş Ştatları və Türkiyə hazırda rəsmi Ankaranın Rusiyadan “S-400” zenit-raket komplekslərini əldə etmək və Vaşinqtonun bu sövdələşməni bloklama cəhdləri fonunda yaranan kəskin ziddiyyətləri həll edə biləcəklər.

Bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Hazırda bizim aramızda danışıqlar davam etdirilir. Hesab edirəm ki, Türkiyə hökuməti ABŞ-ın mövqeyini aydın başa düşür. Tərəflərin sıx şəkildə bir yerdə işləmək üçün əla imkanları var. Dünən mənim Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə yaxşı görüşüm baş tutub və əminəm ki, biz irəliyə yol tapacayıq”, – ABŞ dövlət katibi bildirib.

O, həmçinin Türkiyənin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoyun iddiasını rədd edib.

Qeyd edək ki, Türkiyə XİN rəsmisi Hami Aksoy çərşənbə günü bildirib ki, ABŞ Dövlət Departamentinin Çavuşoğlu və Pompeo görüşündən sonra mətbuata verdiyi məlumat görüşün mahiyyətini əks etdirmir və KİV üçün yayılan açıqlamada tərəflər arasında danışılmayan mövzular yer alıb.  (Report)