XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Aprel 2019 - 18:07

Putin Təhlükəsizlik Şurasını təcili topladı –AÇIQLAMA

Vladimir Putin Rusiya Təhülkəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.

Virtualaz.org yerli KİV-ə istinadən b ildirir ki, Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, iclasın Moskvada keçiriləcəyini bildirib. Peskov Putinin Təhlükəsizlik Şurasının bir sıra üzvləri ilə ayrı-ayrılıqda da görüşəcəyini deyib.

Qeyd edək ki, bundan öncə Liviyada vəziyyət gərginləşib. Belə ki, Liviya ordusunun rəhbəri Xəlifə Haftar paytaxt Tripoliyə hücuma keçib. Haftar ölkənin birləşdirilməsi üçün bir müddət öncə Rusiyadan yardım istəmişdi.