XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Aprel 2019 - 20:15

Əlcəzair kəşfiyyatının rəhbəri istefaya göndərilib

Əlcəzair kəşfiyyatının rəhbəri Atman Tartaq hökumət əleyhinə aksiyalar fonunda bu gün istefaya göndərilib.

AZƏRTAC “Ən-Nahar” qəzetinə istinadla xəbər verir ki, onun istefası barədə qərar Əbdüləziz Buteflikanın prezidenti postundan getməsindən sonra ölkənin müvəqqəti hökuməti tərəfindən qəbul edilib. Əlcəzair ordusunun sabiq generalı olan Trataq prezident Buteflikaya aktiv dəstək verənlər şəxslərdən biri idi.

Xatırladaq ki, hökumət əleyhinə bir aydan çox davam edən kütləvi aksiyalardan sonra martın 2-də Əbdüləziz Buteflika prezident postundan istefa verdiyini bildirib. Növbəti gün Əlcəzairin konstitusiya şurasının üzvləri onun istefasını rəsmən təsdiqləyib.

Ölkə Konstitusiyasına əsasən, bundan sonra Xalq Şurasının (yuxarı palata) sədri 90 gündən çox olmayaraq dövlət başçısı vəzifələrinin icra etməlidir. Hazırda bu postu Buteflikanın silahdaşı Əbdülqadir Bensaleh tutur.

Bu gün Əlcəzairin paytaxtında hökumət əleyhinə ilk miqyaslı etirazlar başlayıb. Nümayiş iştirakçıları Buteflikanın bütün silahdaşlarının, o cümlədən Baş nazir Nurəddin Beduinin, həmçinin bundan sonra ölkə prezidentinin səlahiyyətlərini icra etməli olan Bensalehin istefasını tələb edirlər.