XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 Aprel 2019 - 20:35

“İranda siyasətlə məşğul olmaq imkanı qalmayıb” –Əhmədinejaddan hakimiyyətin ünvanına sərt ittihamlar

İranın sabiq prezidenti Mahmud Əhmədinejad İranda siyasətlə məşğul olmaq imkanının qalmadığını, bunun əvəzində siyasətçilərə həbs, xaricə qaçmaq, ya da evdə səssiz oturmaq imkanının təklif olunduğunu bildirib.

Avropa.info xəbər verir ki, İranın “Khabarfoori” saytına müsahivə verən Əhmədinejad ölkənin iqtisadi və siyasi vəziyyəti ilə bağlı şərh verib.

O, 1979-cu ildə baş verən inqilabın xalqın daha qürurlu həyat sürməsi üçün edildiyini və bunun da əhəmiyyətli şəkildə iqtisadiyyata bağlı olduğunu bildirən Əhmədinejad insanların keçinmək üçün iki-üç işdə işləmək məcburiyyətində olduğunu və davamlı borc alaraq güzəran sürmələrindən narahat olduğunu qeyd edib.

“İranda siyasətlə məşğul olmaq imkanı qalmayıb. Ölkənin iqtidarının əlində tutanlar hər siyasi düşüncəyə bir etiket yapışdırırlar. Siyasətçilərə təklif olunan alternativlər bunlardır: ya həbsxanaya get, ya İrandan qaç, ya da evində otur və səsini çıxarma.

İran dünyanın ən azad ölkəsi olmalıdır, ancaq burada bir komandirə gözünün üstündə qaşın var desən inqilab düşməni olursan. Bəziləri deyir ki, azadlıq versək xalq azar. Ancaq xalq azar deyənin özü korlanmışdır və fürsət tapdıqca azqınlığı yayar.

Əgər nümayişlərin yolu bağlanarsa, məsələ şiddətə doğru gedər və bəzilərinin daha da radikallaşmasına yol açar. Niyə xalqımız bir küncdə yığışıb verilən qərarlar yanlışdır deyə bilmir? Niyə? Bir səbəb göstərin”.