XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Aprel 2019 - 18:24

Rusiya Prezidenti “Bir kəmər – bir yol” beynəlxalq forumunda iştirak edəcək- Bu tarixdə

Rusiya Prezidenti Vladimir Putin “Bir kəmər – bir yol” beynəlxalq forumunda iştirak edəcək.

Azərtac xəbər verir ki, bunu jurnalistlərə RF Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. “Bir kəmər – bir yol” beynəlxalq forumu aprelin 26-27-də Çində keçiriləcək.

Çin Xalq Respublikasının irəli sürdüyü “Bir kəmər – bir yol” təşəbbüsü “İpək Yol iqtisadi kəməri” və “XXI əsrin dəniz İpək Yolu” layihələrini birləşdirir. Birinci forum 2017-ci ilin may ayında Pekində keçirilib. Həmin tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, habelə iri beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.