XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2019 - 21:02

İranda gəmiqayırma zavodunda partlayış olub- Ən azı 3 nəfər həlak olub

İranın Bəndər-Abbas limanı yaxınlığında gəmiqayırma zavodunda baş verən partlayış nəticəsində 3 nəfərin öldüyü bildirilir.

Azərtac “Fardanews” saytına istinadla xəbər verir ki, Bəndər-Abbas limanından 37 kilometr aralıda yerləşən gəmiqayırma zavodunda bilinməyən səbəblərdən partlayış baş verib. İnsident zamanı burada işləyən İranın müdafiə sənayesi əməkdaşlarından ən azı 3 nəfəri həlak olub. Zavodda olan sualtı qayıqdakı üç batareya da partlayıb.

IRIB telekanalının saytında yerləşdirilən xəbərdə bildirilib ki, Bəndər-Abbas limanı yaxınlığındakı Şəhid Dərvişi gəmiqayırma zavodunda sualtı qayığın batareyalarının partlaması nəticəsində “Müdafiə Nazirliyinin üç əməkdaşı şəhid olub”.

İranın Müdafiə Nazirliyi insidentlə bağlı rəsmi məlumat yaymayıb.