XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2019 - 09:50

Quaydo:"Venesuela hakimiyyəti təlaş içindədir"

Venesuela müxalifətinin lideri Xuan Quaydo iddia edib ki, ölkə hakimiyyəti təlaş içindədir.

Onun bununla bağlı fikirlərini TVV telekanalı yayımlayıb.

Karakasdakı mitinqdə çıxış edən müxalifət rəhbəri iddia edib ki, onun tərəfdarlarının küçələrə çıxması rəqibləri qorxuya salıb.

“Hakimiyyət təlaş içindədir. “Miraflores” Prezident Sarayı qorxudan əsir, çünki biz küçədəyik. Onlar hələ ki, 4 yaşayış məntəqəsinə nəzarət edirlər, biz bütün ölkə üzrə 358 etiraznöqtəsi təşkil etdik”, – deyə müxalifətin lideri bildirib.

Quaydo həmçinin əlavə edib ki, dövlət əleyhinə mitinqlər və etiraz aksiyaları qurtarmayacaq. O, qeyd edib ki, aprelin 10-da “Azadlıq” əməliyyatının yeni mərhələsi başlanacaq. Lakin siyasətçi bu mərhələdə konkret nəyin nəzərdə tutulduğunu bildirməyib.

Bundan başqa müxalifətçi bildirib ki, şənbə mitinqləri zamanı saxlanan Milli Məclisin deputatları sərbəst buraxılıblar.

“Mənə yenicə bildirdilər ki, onlar deputatlar Noru Braço və Renso Prietunu azad ediblər. Bu küçələrdəki insanların sayəsində oldu, hansılar ki, onları aparmağa imkan verməyiblər”, – siyasətçi deyib.

Daha əvvəl Venesuela Milli Müəssislər Məclisinin Hüquq məsələləri üzrə komissiyanın rəhbəri Xulio Qarsia Serpaölkə televiziyasının efirində müxalifət lideri Xuan Quaydo barəsində cinayət işinin başlandığını bildirib. (Report)