XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2019 - 14:44

Xamneyi İraqdan ABŞ qoşunlarını çıxarmağa çağırıb:"ABŞ əsgərlərinin bölgədə olması zərərlilidir"

İran İslam Respublikasının ali rəhbəri, ayətullah Seyid Əli Xamneyi İraqdan ABŞ qoşunlarını çıxarmağa çağırıb.

“Report” İran mətbuatına istinadən xəbər verir ki, İraqın baş naziri Adil Əbdül-Mehdi ilə görüşü zamanı Xamneyi ABŞ əsgərlərinin bölgədə olmasını “zərərli” adlandırıb və İraq hökumətinə onların ölkədən çıxarılması üçün bütün lazımi tədbirlər görməyə çağırıb:

“ABŞ rəsmiləri bəyanatlarına rəğmən, İraqdakı demokratiya və siyasi fəalları özləri üçün zərərli hesab edir. Buna görə də İraq hökuməti Amerika qoşunlarının ölkəni mümkün qədər tez tərk etməsi üçün tədbirlər görməlidir. İraqda hazırkı hökumət və parlament, həmçinin siyasi xadimlər, ABŞ-ın istədiyi deyil. Vaşinqton onları İraqın siyasi səhnəsindən götürməyi planlaşdırır”.