XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2019 - 16:19

Tbilisidə yaşayış binasında partlayış:8 nəfər xəsarət alıb+FOTO

Gürcüstanın paytaxtı Tbilisinin Diğomi yaşayış massivində yerləşən beşmərtəbəli binada partlayış baş verib.

Azərtac xəbər verir ki, partlayışa səbəb qaz sızması səbəb olub.

Hadisə yerinə gələn məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib ki, partlayış nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan biri 7 aylıq körpədir. Yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır.

Binaya və ətrafdakı tikilələrə ziyan dəyib. Hazırda xilasedicilər hadisə yerində işləyirlər.

Qeyd edək ki, bu ilin yanvar ayında da Didi Diğomi massivində yaşayış binalarının birində partlayış olub. Nəticədə biri uşaq olmaqla 4 nəfər ölüb.