XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2019 - 18:46

Aİ ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru barədəqərarından narahatdır

Avropa İttifaqı (Aİ) ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensudanın vizasını ləğv etməsindən narahatlığını ifadə edib.

ONA-nın məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici siyasət xidməti bəyanat yayıb.

F.Bensuda ABŞ ərazisində fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq, öz öhdəliyini yerinə yetirməyə davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, aprelin 5-də ABŞ F. Bensudanın vizasını ləğv edib. Buna səbəb prokurorun ABŞ hərbçilərinin Əfqanıstandakı cinayətlərinin istintaqını aparmağı planlaşdırması olub.

Aİ isə ümid edir ki, Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsi qarşısında öz öhdəliklərini yerinə yetirəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ hökuməti Beynəlxalq Cinayət Məhkəməsini bu istintaqı dayandırmağa çağırıb. ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, əks halda prokuror və hakimə qarşı sanksiya tətbiq olunacaq.