XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2019 - 09:50

Yaqland:"Rusiya olmadan Avropa silkələnəcək"

“Rusiyanın Avropa Şurasından çıxması və “Brexit” prosesi qoca qitəni silkələyəcək”.

Bunu Avropa Şurasının Baş katibi Torbyorn Yaqland bəyan edib.

Onun sözlərinə görə, qurum Rusiyanı icbari məhkəmə qaydasında Avropa ilə əlaqələndirən yeganə platformadır: “Əgər rəsmi Moskva Avropa Şurasından çıxsa, biz tamamilə birbaşa Rusiya ilə qarşılaşacağıq. Belə olan halda Rusiya ilə aramızda bizi fərqləndirən yeni cəhət yaranmış olacaq”.

Baş katib onu da qeyd edib ki, vəziyyətdən çıxmağın yeganə yolu Avropa Şurası Parlament Assambleyasındakı səs hüququnu Rusiyaya qaytarmaqdan ibarətdir.  (Report)