XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

08 Aprel 2019 - 11:45

Ərdoğan Putinlə görüşəcək –Bu gün

Aprelin 8-də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdogan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Strateq.az Azadlıq Rdiosuna istinadən bildirir ki, bu görüş Vaşinqtonla Ankara arasında mübahisənin qızışmasından bir neçə gün sonraya təsadüf edir. ABŞ Türkiyənin Suriyayla bağlı mümkün hərbi planlarına və Rusiyadan yer-hava tipli raket sistemi almasına qarşı çıxır.

NATO üzvü Türkiyənin Rusiyayla münasibətləri tarixən keşməkeşli olub.

Ancaq Soyuq müharibə bitəndən tərəflər güclü iqtisadi əlaqələr yaradıb, son illər xüsusilə yaxınlaşıblar. Bu, Türkiyənin Vaşinqton və Avropa Birliyi ilə münasibətlərinin zəiflədiyi dönəmə təsadüf edir.

Türkiyə Rusiyadan NATO sisteminə uyğun gəlməyən S-400 raket sistemi almaqda qərarlıdır və bu, Birləşmiş Ştatları, alyansın digər üzvlərini əndişələndirir, onlar bu sistemi ABŞ istehsalı olan F-35 qırıcılarına təhdid kimi görürlər.