XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2019 - 20:16

Türkiyədə civədən kütləvi zəhərlənmə olub- 15 nəfərin 12-si uşaqdır+FOTO

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunun Məscitli kəndində kütləvi zəhərlənmə qeydə alınıb.

Azərtac xəbər verir ki, kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən 15 nəfərin 12-si uşaqdır. Xəstələrdə davamlı olaraq qan təzyiqinin yüksəlməsi, kəskin ağrılar, ürək bulanması və s. kimi hallar müşahidə olunub. Araşdırmalar nəticəsində müəyyən edilib ki, zəhərlənməyə səbəb civədir. Uşaqlar tapdıqları qutunun içərisindəki civəyə toxunaraq zəhərləniblər.