Tehran seçki dairəsində Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin beşinci dövrünün yekun nəticələri elan olunub.
Strateq.az IRNA-ya istinadən bildirir ki, İranın Daxili İşlər Nazirliyinin Seçki Qərargahı bu gün məlumat yayaraq, Tehran seçki dairəsində Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin beşinci dövrünün yekun nəticələrini elan edib.
İranın Daxili İşlər Nazirliyinin Seçki Qərargahı bildirib:
“Rəhbərlik Xübreqanı Məclisinə seçkilərin beşinci dövründə Quruluşun Məsləhət Şurasının sədri- Əkbər Haşimi Rəfsəncani, Tehranın müvəqqəti imamcüməsi Məhəmməd İmami Kaşani və İran prezidenti Həsən Ruhani müvafiq olaraq, maksimum səs toplayıblar”.
Mohsen Qomi, Mohəmməd Əli Movəhhedi, Qorbanəli Dorri Nəcəfabadi, Seyyed Əbulfəzl Mir Mohəmmədi, Mohəmməd Mohəmmədi Nik(Rey Şəhri), İbrahim Hac Əmini Nəcəfabadi, Seyyed Məhmud Ələvi, Nəsrollah Şahabadi, Mohəmməd Əli Təsxiri, Mohsen Esmaili, Mohəmməd Həsən Zali, Seyyed Haşemi Bəthayi və Əhməd Cənnəti də Tehran seçki dairəsindən Rəhbərlik Xübreqanı Məclisinə keçiblər.
İran İslam Şurası Məclisinə onuncu və Rəhbərlik Xübreqanı Məclisinə beşinci dövr seçkilər fevralın 26-da İranda keçirilib.