XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2019 - 14:47

AŞPA qətnamə qəbul edib –BMT ilə əməkdaşlığın gücləndirilməsinə dair

Avropa Şurası Parlament Assambleyası (AŞPA) BMT-nin Davamlı İnkişaf Proqramının həyata keçirilməsi ilə bağlı qətnamə qəbul edib.

Sənəd bu gün AŞPA-nın yaz sessiyası çərçivəsində qəbul olunub.

BMT ilə əməkdaşlığın gücləndirilməsinə təşviq edən qətnamə BMT-nin Davamlı İnkişaf Proqramının və 17 məqsədinin əhəmiyyətinə toxunub.

Sənəddə vurğulanıb ki, Avropa Şurası Davamlı İnkişaf Məqsədlərinin (DİM) 13-nü həyata keçirməyə nail olub.

Qətnamədə 2030-cu ilə qədər proqramın həyata keçirilməsinə nail olmaq məqsədilə üzv ölkələrə BMT ilə əməkdaşlıq etmək və bu məqsədlə konkret tədbirlər görmək tövsiyə olunur. Tədbirlər sırasında xüsusilə hüquqi dövlət, düzgün idarəçilik və insan hüquqlarının inkişaf etdirilməsi qeyd olunub/Report.