XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 15:09

Əlcəzairdə müvəqqəti prezident seçilib –Şura sədri 90 gün ölkəni idarə edəcək

Əlcəzair Milli Assambleyası ölkənin Millət Şurasının sədri Əbdülqadir bin Salehi müvəqqəti prezident seçib.  

O, yaxın 90 gün ərzində prezident səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Əlcəzair Prezidenti Əbdüləziz Buteflika aprelin 2-də istefa verib. 82 yaşlı Ə.Buteflika 1999-cu il aprelin 28-dən 2019-cu il aprelin 2-dək ölkəyə rəhbərlik edib. Bir neçə ildir xəstəlikdən əziyyət çəkən Ə.Buteflika yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyirdi. Onun bu qərarı ölkədə böyük narazılığa və etiraz aksiyalarına səbəb olmuşdu. Nəticədə Ə.Buteflika istefa verib.

Əbdülqadir bin Salehi 1941-ci il noyabrın 24-də Əlcəzairin Fellausen şəhərində doğulub. 1997-2002-ci illərdə Milli Assambleyanın sədri olub. 2002-ci ildən Millət Şurasının sədridir/Report.