XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Aprel 2019 - 16:10

Əlcəzairdə kütləvi aksiya yenidən başladı –Xalq müvəqqəti prezidentə də etiraz edir

Əlcəzair paytaxtında kütləvi etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, aksiya iştirakçıları parlamentin Yuxarı Palatasının spikeri Əbdülqadir Bensalehin müvəqqəti prezident təyin edilməsinə etiraz edirlər.

Parlamentdə əksər deputatların da onun namizədliyinə qarşı olduğu deyilir.

Qeyd edək ki, Əlcəzairin bundan öncəki prezidenti Əbdüləziz Buteflika etirazlar nəticəsində istefa edərək vəzifədən gedib.