CHP-nin keçmiş sədri Dəniz Baykal İstanbuldakı seçki gərginliyi ilə bağlı açıqlama verib.
Strateq.az xəbər verir ki, o, Türkiyədəki iqtisadi çalxalanmalara diqqət çəkərək, ölkədə seçki gərginliyinin dərhal bitirilməsinin vacibliyini önə çəkib: “Türkiyəni ayağa qaldıracaq iqtisadi siyasət daha inandırıcı və əmin şəkildə ortaya qoyulmalıdır. Bunun üçünsə, bir an əvvəl YSK seçki nəticlərini rəsmən elan etməli və dünyaya heç bır sıxıntımızın olmadığını göstərməliyik.