XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2019 - 09:04

ABŞ Yaponiyaya 56 ədəd raket əleyhinə sistem satacaq –1,15 milyardlıq müqavilə

Amerika Birləşmiş Ştatları Yaponiyaya “Standard Missile 3 Block İB (SM-3 Block İB) raket əleyhinə sistem satacaq.

Bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyinin müdafiə əməkdaşlığı və təhlükəsizliyi üzrə idarəsi yayıb. Qeyd olunub ki, müqavilənin dəyəri 1,15 milyard ABŞ dolları təşkil edir.

Qərara əsasən, ABŞ Yaponiya Silahlı Qüvvələrinə 56 ədəd SM-3 Block IB raket əleyhinə sistem verəcək.

Qeyd edək ki, ötən il ABŞ administrasiyası raket əleyhinə müdafiə sisteminin inkişafına təxminən 38 milyard dollar xərcləyib. (Report)