XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

10 Aprel 2019 - 12:23

Qulların vərəsələrinə təzminat veriləcək?- Senator qanun layihəsini Konqresə təqdim edəcək

Nyu-Cersi ştatından olan senator və demokratların prezidentliyə namizədi Kori Buker qulların vərəsələrinə təzminatın verilməsi barədə qanun layihəsini bu həftə Konqresə təqdim edəcəyini bildirib.

Azərtac xəbər verir ki, Bukerin afroamerikalıların təzminatı üçün təkliflərin öyrənilməsi və hazırlanması üzrə Komissiyanın yaradılması barədə qanun layihəsi ötən ay Nümayəndələr Palatasının Texasdan olan üzvü Şeyla Cekson Linin təqdim etdiyi “HR40” qətnaməsinə əlavə qismində təqdim olunacaq.

Bukerdən başqa, afroamerikalıların quldarlığa görə təzminatlar barədə təklifi Demokrat Partiyasından prezidentliyə digər bir neçə namizəd, o cümlədən senatorlar – Vermontdan Berni Sanders, Kaliforniyadan Kamala Harris, Massaçusetsdən Elizabet Uorren və Culian Kastro, Pit Butticiç, Beto O’Rurk, Tulsi Qabbard, Endrü Yanq dəstəkləyirlər.

Lakin Buker bildirib ki, problemin həllinin yeganə mümkün üsulu təzminat deyil. O, afroamerikalılar üçün iqtisadi imkanların genişləndirilməsi üzrə müxtəlif alternativləri nəzərdən keçirmək məqsədilə komissiyanın yaradılmasının vacib olduğunu qeyd edib. Buker digər namizədlərin afroamerikalıların təzminat mövzusundan yalnız qaradərili auditoriya ilə görüşü zamanı özü haqqında xoş təəssürat yaratmaq məqsədilə istifadə etməsindən, lakin real qərarlar və qanun layihələri təqdim etməmələrindən təəssüfləndiyini bildirib.