XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

10 Aprel 2019 - 18:02

Türkiyə XİN:"Ankara F-35 qırıcı təyyarələrinə alternativ tapa bilər"

ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələri verməkdən imtina etsə, Ankara onlara alternativ tapacaq.

Azərtac Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“F-35 kimi Rusiya istehsalı olan təyyarələr də mövcuddur. F-35 təyyarələrini əldə etmək mümkün olmasa, Türkiyə digər ölkələrdən analoji təyyarələr alacaq. Bu, yerli beşinci nəsil təyyarələrinin istehsalına qədər davam edəcək”, – deyə Çavuşoğlu bildirib. Onun sözlərinə görə, ABŞ F-35 proqramında Türkiyənin sonrakı iştirakı ilə bağlı təzadlı bəyanatlar səsləndirir.

Vaşinqton Rusiyanın S-400 komplekslərinin NATO standartlarına uyğun gəlmədiyini bəhanə edərək onların alınmasına görə Türkiyəni sanksiya ilə hədələyir. Ankara isə S-400 komplekslərindən imtina etməyəcəyini və onların iyul ayından başlayaraq ölkəyə gətiriləcəyini bildirib.

Ekspertlərin fikrincə, S-400 kompleksləri ilə F-35-in birgə istifadəsi “görünməz” təyyarənin gizli texnologiyalarının ifşası ilə nəticələnə bilər.