Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb, bir qrup hərbçi binaya daxil olub.
Bu məlumatı Türkiyənin “NTV” telekanalı yayıb.
Yaxın saatlarda Sudan dövlət televiziyasının və ordunun açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda Prezident Ömər Həsən Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. O, 1944-cü ildə anadan olub. 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir/Report.
Xalqın israrla istefa tələbinə isə prezident belə reaksiya verib: “Seçki olmayana qədər vəzifəmdən gedən deyiləm”.