XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 10:55

ABŞ-ın vitse prezidentindən Venesuelanın rəsmisinə hörmətsizlik –Səfiri BMT-nin zalından qovmaq istədi

ABŞ-ın vitse-prezidenti Maykl Pens Venesuelanın BMT-dəki daimi nümaynədəsi Samuel Monkadı Təhlükəsizlik Şurasının iclasından qovmağa cəhd edib.

Strateq.az TASS-a istinadən bildirir ki, vitse-prezident Venesulela nümayəndəsinə zalı tərk etməsini istəyib: “Cənab səfir, siz burada otura bilməzsiniz. Siz qayıdıb öz prezidentinizə deməlisiniz ki, onun dövranı artıq keçdi”.

Pens deyib ki, o, BMT TŞ-nin zalında azad Venesuela hökumətinin nümayəndəsini görmək istərdi. ABŞ-ın vitse-prezidenti vurğulayıb ki, Vaşinqton Venesuelada hakimiyyətin demokratik sistemə keçməsi üçün bütün iqtisadi və dipolmatik tədbirləri görəcək. O, həmçinin BMT-ni müxlaifət lideri Xuan Quaydounun Venesuelanın qanuni prezidenti kimi tanımasına çağırıb.