XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 19:20

Putinin sözçüsündən Lukaşenkoya cavab gecikdi:"Biz Belarusa sanksiya tətbiq etmirik”

“Kreml Rusiya bazarlarının Belarusun bəzi mallarının üzünə bağlanılmasını sanksiya adlandıran Prezident Aleksandr Lukaşenko ilə eyni fikirdə deyil”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsü Rusiyanın Belarusa sanksiya tətbiq etmədiyini bildirib: “Əlbəttə, Aleksandr Qriqoryeviçlə eyni fikirdə deyilik. Biz Belarusa sanksiya tətbiq etmirik”.

Peskov bununla belə, tərəflər arasında bəzi iqtisadi və ticari məsələlərlə bağlı fikir ayrılığının olduğunu təkzib etməyib.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanı bazarlarını Belarus mallarını bağlamaqda və ölkəsinə sanksiya tətbiq etməkdə ittiham edib: “Ruslar qollarımızı bükəcək qədər kinli olublar”.

Teleqraf.com