XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2019 - 17:10

Abdullah Gül 31 mart seçkilərindən danışdı:"Yanlış hərəkətləri təkrarlamamalıyıq"

“Bizə qarşı edilən yanlış hərəkətləri başqalarına qarşı etməyək”.

Strateq.az OdaTV-yə istinadla xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin sabiq prezidenti Abdullah Gül 31 mart bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrini şərh edərkən bildirib.

İnternet nəşrinin əməkdaşı Ayşə Baykal ondan geniş müsahibə götürüb. Hələlik anonsları paylaşılan müsahibədə Abdullah Gül deyib:

“Hazırkı vəziyyət çox üzücüdür. Vaxtilə bizə qarşı edilən yanlış hərəkətləri  güçlü oluduğumuz çağda başqaların qarşı əsla etməməliyik”.

Söhbətin sonunda AKP-nin təsisçələrindən biri olan sabiq prezident deyib: “Türkiyənin demokratya gücünün böyük olduğuna inanıram”.