XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2019 - 20:56

Türkiyədə zəlzələ olub- 5.2 bal gücündə

Türkiyənin şərq bölgəsində Rixter cədvəli üzrə 5.2 bal gücündə zəlzələ baş verib.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 8:31-də Elazığ vilayətinin şərqində baş verib. Zəlzələnin episentri həmin vilayətin Sivricə rayonunun 9,4 kilometrliyində olub.

Elazığ valisi Çətin Oktay Kaldırım bildirib ki, zəlzələ nəticəsində heç bir tələfat yoxdur. Onun sözlərinə görə, bölgəyə xilasedicilər göndərilib.