XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

12 Aprel 2019 - 21:08

Gürcüstan Prezidenti Avropa ölkələrinə yeni səfərə hazırlaşır- İlk səfər Polşaya olacaq

Gürcüstan Prezidenti Salmome Zurabişvili Avropa ölkələrinə səfərə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Salome Zurabişvili mayın 7-8-də Polşaya gedəcək.

Sonra Gürcüstan dövlətinin başçısı Baltikyanı ölkələrə səfər edəcək. Gürcüstan Prezidenti mayın 14-15-də Latviyada, mayın 16-da Estoniyada səfərdə olacaq.

Məlumat üçün qeyd edək ki, Salome Zurabişvili 2018-ci il dekabrın 16-da prezident kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra Brüsseldə, Azərbaycanda, Litva, Fransa və Ermənistanda səfərdə olub.