XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2019 - 13:43

Fransada “sarı jiletlər” etiraz aksiyasının 22-ci aktı başlayıb- FOTO

Fransada “sarı jiletlər” etiraz aksiyasının 22-ci aktı başlayıb.

Azərtac xəbər verir ki, nümayişçilər 22–ci akt üçün əsas şəhər kimi Paris və Tuluzu seçiblər. Ancaq sosial şəbəkələrdə nümayişçilər “Akt XXII: Tuluz sarı jiletlərin milli paytaxtıdır” deyərək Tuluza toplaşmağa çağırış ediblər.

Polis isə Parisdə Yelisey çölləri prospektində, Milli Assambleya yaxınlığında, eləcə də digər böyük şəhərlərin mərkəzlərində bütün nümayişləri qadağan edib.

Qeyd edək ki, “dağıdıcılar əleyhinə” qanun bu gün səhərdən qüvvəyə minir. Qanuna əsasən nümayişçilərin çantaları və avtomobilləri yoxlanılacaq, sifəti gizlədəcək geyim və ya maska cinayət kimi qəbul ediləcək. Bu qaydalara riayət etməyənləri 1 il həbs cəzası və 15 min avro cərimə gözləyir.