XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2019 - 19:02

Pakistandakı partlayışın məsuliyyətini İŞİD üzərinə götürüb

Pakistanın Kvetta şəhərində törədilən partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

Azərtac bu barədə Reuters agentliyinə istinadla xəbər verir.

Xatırladaq ki, aprelin 12-də Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərində yerləşən bazarda kustar üsulla hazırlanmış partlayıcı qurğu işə salınıb. İnsident nəticəsində azı 20 nəfər həlak olub, 48 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlar arasında hərbçilər də var.