XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 February 2016 - 19:06

“Əgər səni istəmirlərsə, getmək vaxtın çatıb” –Saakaşvili baş naziri ələ saldı

saakashvilli

 

"Ukrayna baş naziri Arseni Yatsenyuk dərhal istefa verməlidir".

 

Bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili feysbuk səhifəsində yazıb:

 

"Mən hesab edirəm ki, Arseni "Tetçer" getməlidir və birinci növbədə onu prezident istefaya göndərməlidir. Baş naziri ölkədə islahatların tərəfdarı olan şəxs əvəz etməlidir. Onun proqramı cəmiyyət tərəfindən nəzərdən keçirilməlidir. Əks halda hakimiyyətə oliqarxların maraqlarını qoruyan Yatsenyuk kimi biri gələcək. Arseni fəxr edir ki, onun zəif reytinqi var. Nə ilə fəxr edirsən? Əgər səni istəmirlərsə, getmək vaxtın çatıb".

 

Qeyd edək ki, fevralın 19-da açıqlama verən Yatsenyuk özünün reytinqini vaxtilə Böyük Britaniyanın baş naziri olan Marqaret Tetçerin reytinqi ilə müqayisə edib: "Oxşar mənzərədir".

 

Teleqraf.com