Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə sərəncam imzalayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, sərəncama əsasən, martın 1-5-i tarixlərində prezidentin adından ölkə qadınlarına 40 manat (11 dollar) pul mükafatı veriləcək.
Pul mükafatını müəssisə və təşkilatlarda işləyənlər, dövlətdən pensiya və başqa növ müavinətlər alanlar, şagirdlər və tələbələr ala biləcək.