XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2019 - 00:06

İran xarici işlər naziri Suriyada:“Terror qruplaşmaları Suriyadan təmizlənməlidir”

Suriyada səfərdə olan İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif həmkarı Vəlid Müəllimlə görüşüb.

Nazirlər görüş zamanı ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.

Zərif terrorizmə qarşı mübarizədə Suriya ilə birgə hərəkət etdiklərini vurğulayıb: “Terror qruplaşmaları Suriya torpaqlarından təmizlənməlidir”.

İranlı nazir regionda iki ölkənin regionda terrorizmə qarşı qazandığı uğurlardan dolayı sevincini də gizlətməyib/Axar.az.