Londonda iqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinq zamanı 290 nəfər həbs olunub.
Həbs edilən nümayişçilərin əksəriyyəti ictimai qaydaları pozmaqda günahlandırılır.
Etirazçılar mitinqin aprelin 29-dək davam edəcəyini bildiriblər.
Qeyd edək ki, nümayişçilər hökumətdən iqlim dəyişikliyini həll etmək üçün təcili tədbir görməsini tələb edirlər(azərtac).