XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2019 - 12:57

Ərdoğan:"Türkiyə Avropa İttifaqına üzvlükdən imtina etməyib"

Türkiyə Avropa İttifaqına (Aİ) üzvlükdən imtina etməyib və bu quruma tamhüquqlu üzv kimi daxil olmaq üzrə işlər davam edir.

Trend-in məlumatına görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, eyni zamanda Aİ Türkiyəyə səmimi münasibət nümayiş etdirməlidir.

R.T.Ərdoğan əlavə edib ki, Aİ-yə tamhüquqlu üzvlük Türkiyə üçün prioritetlərdən biridir.