XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2019 - 16:11

Sudanın devrilmiş prezidenti həbsxanaya köçürülüb

Sudanın dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti Ömər əl-Bəşir ev dustaqlığından paytaxt Xartumdakı həbsxanalardan birinə köçürülüb.

Trend-in məlumatına görə, keçmiş prezident Kober həbsxanasına aparılıb.

Bundan başqa, Ömər əl-Bəşirin daha 11 tərəfdarının həbsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü bildirmişdi. Bundan əlavə, o, ölkədə 2005-ci ilin konstitusiyasının artıq qüvvədən düşdüyünü və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edildiyini qeyd etmişdi.