XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Aprel 2019 - 18:03

Sudan parlamentinin spikeri Xartum aeroportunda həbs edilib

Sudan parlamentinin spikeri İbrahim Ömər Xartum beynəlxalq aeroportunda həbs olunub.

Azərtac xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.

Bir qədər əvvəl Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşirin Şimali Xartumda yerləşən Kuber həbsxanasına keçirildiyi məlum olub. Hazırda o, güclü mühafizə altında saxlanılır. Sabiq prezidentin ailəsindən olan mənbənin məlumatına əsasən, əl-Bəşir həbsxanaya aprelin 16-da axşam saatlarında aparılıb.

Xatırladaq ki, aprelin 11-də Sudanda dövlət çevrilişi baş verib həbslər aparılıb. Ömər əl-Bəşir, sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri də daxil olmaqla respublikanın sabiq hakimiyyətinin 200-ə yaxın nümayəndəsi hərbçilər tərəfindən həbs edilib.

2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə dərin iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayan və çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 ildir ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Bir neçə ay davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb.