XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

17 Aprel 2019 - 19:17

Səfir:"ABŞ elə düşünməməlidir ki, Türkiyə onun bütün tələblərini qəbul edəcək"

ABŞ elə düşünməməlidir ki, Türkiyə onun bütün tələblərini qəbul edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Sərdar Kılıç Vaşinqtonun Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı tələbini şərh edərkən deyib.

Diplomat bildirib ki, ABŞ-la NATO üzrə etibarlı tərəfdaş olmaq üçün Ankara Vaşinqtonun bütün tələblərini yerinə yetirməyə borclu deyil.

O qeyd edib ki, Türkiyə və Birləşmiş Ştatların bir-birinə çox ehtiyacı var: “Türkiyə Vaşinqtonun Yaxın Şərq üzrə siyasətində çox mühüm ölkədir”.

Bundan əvvəl Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Türkiyənin eyni vaxtda ABŞ istehsallı F-35 qırıcıları və Rusiya istehsallı S-400-ləri əldə etməsinin texniki baxımdan mümkün olmadığını bildirib.