XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2019 - 19:41

Perunun sabiq prezidenti intihar edib- Həbs olunarkən

Perunun sabiq prezidenti Alan Qarsiya (1985-1990, 2006-2011) məhkəmənin qərarına əsasən həbs olunarkən intihar edib.

Azərtac TeleSUR telekanalına istinadla xəbər verir ki, intihara cəhd göstərən sabiq prezident Lima hospitalında ölüb.

Telekanalın yaydığı məlumata görə, məhkəmə Alan Qarsiyanın korrupsiya haqqında iş üzrə 10 gün müddətinə həbs olunması barədə qərar çıxarmışdı. Prokurorluğun əməkdaşları orderi sabiq prezidentə təqdim etmək üçün onun Limadakı evinə gəliblər və bu zaman Qarsiya intihar edib.