XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 21:46

Putin Şimali Osetiyayayeni rəhbər təyin etdi

Bitarov

 

Rusiya prezidenti Vladimir Putin Şimali Osetiyaya yeni rəhbər təyin edib.
 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Vyaçeslav Bitarovdur. Bitarov ölkənin mərhum rəhbəri Tamerlan Aquzarov Kimoviçin müavini olub. Putin Bitarovla görüşdə Kimoviçin ona etibar etdiyini və böyük hörmət bəslədiyini bildirib. 

 

Rusiya prezidenti qeyd edib ki, yeni rəhbər əhalinin iqtisadiyat, səhiyyə və təhsil sahəsindəki gözləntilərini doğrulda bildiyini sübut etməlidir. 

 

Xatırladaq ki, Rusiya Federasiyası Şimali Osetiya Respublikasının rəhbəri Tamerlan Aquzarov bir neçə gün əvvəl 53 yaşında vəfat edib. O, bu il fevralın əvvəlində pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

 

T.Aquzarov 2015-ci ilin sentyabrında Şimali Osetiyanın rəhbəri seçilib. O, bu vəzifədə Taymuraz Mamsurovu əvəzləyirdi.