XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

17 Aprel 2019 - 21:03

KXDR-ABŞ danışıqları qarşıdakı aylarda bərpa oluna bilər- Açıqlama

ABŞ Prezidenti Donald Trampın qarşıdakı aylarda Yaponiyaya nəzərdə tutulan səfərləri Birləşmiş Ştatlar ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında danışıqların bərpasına təsir edə bilər.

Azərtac xəbər verir ki, bunu Cənubi Koreya Prezidentinin milli birlik, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Mun Çunq-in deyib.

“May-iyun aylarında Donald Tramp Yaponiya ilə yanaşı, Cənubi Koreyaya da səfər edə bilər. Fikrimcə, belə olarsa, ABŞ ilə KXDR arasında danışıqların bərpası mümkün ola bilər”, – deyə Mun Çunq-in bildirib.

Seulda Koreyalararası forumda çıxış edən Mun Çunq-in Koreya yarımadasının nüvə silahsızlaşdırılması ilə bağlı hazırda dalana dirənmiş danışıqların bərpası ilə bağlı optimist olduğunu bildirib. Əlavə edib ki, Hanoy danışıqlarından sonra qeyri-dəqiqlik yaranıb, hazırda sülhün təminatı hədəfinə nail olmaq yolunda çətinliklər var.

Qeyd edək ki, bir neçə gün əvvəl Koreya Respublikasının Prezidenti Mun Ce-in nüvə danışıqlarının irəliyə aparılmasına dəstək üçün Şimali Koreya lideri Kim Çen In ilə 4-cü görüşün keçirilməsini təklif edib.