XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

18 Aprel 2019 - 11:04

ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı yeni sanksiyalar tətbiq edib- Maliyyə Nazirliyi məlumat yaydı

ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı yeni sanksiyalar tətbiq edib.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sanksiyalar əsasən Venesuelanın Mərkəzi Bankını və Nikaraquanın “Corporativo” bankını əhatə edir. Həmçinin sanksiyalar siyahısına 2 fiziki şəxsin – Nikaraqua prezidentinin oğlu Orteqa Murilyo və Venesuela Mərkəzi Bankının rəhbəri Ruzza Teranın adı da daxil edilib.
ABŞ Kubanın kəşfiyyat xidməti ilə əlaqəsinin olduğunu düşündüyü 5 təşkilata qarşı da sanksiya tətbiq edib. ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun sözlərinə görə, Kuba hərbçilərinə məxsus “Aerogaviota” aviaşirkəti də sanksiyalara məruz qalıb.

Məlumata görə, Kubaya qarşı sanksiyalar hökumətin Venesuela prezidenti Nikolas Maduronu dəstəkləməsi ilə əlaqəlidir.