XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2019 - 13:03

KXDR şərt qoydu:ABŞ-la danışıqlarda Pompeonun iştirakını istəmirlər

KXDR hakimiyyəti ABŞ-ın dövlət katibi Maykl Pompeonun Koreya yarımadasının nüvəsizləşdirməsi üzrə danışıqlardan geri çağırılmasını tələb edir.

Azərtac Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, KXDR-in Xarici İşlər Nazirliyi danışıqlarda ABŞ tərəfindən “daha ehtiyatlı” siyasətçinin iştirakını tələb etdiklərini bildirib. Şimali Koreyanın xarici siyasət idarəsi Pompeonu Pxenyanın mövqeyini anlamamaqda ittiham edib.

“Hətta gələcəkdə ABŞ-la dialoq bərpa olunsa, mən yalnız onu istərdim ki, bizimlə danışıqlara Pompeonun əvəzinə daha mehriban və ünsiyyət təcrübəsinə malik şəxs çıxsın”, – deyə Şimali Koreya XİN-də ABŞ departamentinin direktoru Kvon Çon Quk bildirib. Onun sözlərinə görə, əgər Pompeonun müdaxiləsi olmasaydı, Hanoy sammitində problem yaşanmaz, işlər qarışmazdı.